BMT Qaçqaınlar üzrə Ali Komissarlığı məlumat yaydı
19-12-2019 [15:27]
Cenevrədə hökumətlərin, beynəlxalq maliyyə təşkilatlarının, biznes liderlərinin, humanitar və inkişaf fəaliyyətləri subyektlərinin, qaçqınların və vətəndaş cəmiyyəti nümayəndələrinin yüksək səviyyəli toplantısında qaçqınlara və onların yaşadıqları icmalara dəstək üzrə geniş miqyaslı və əhəmiyyətli öhdəliklər götürülüb, xüsusən onların inteqrasiyasına yeni uzunmüddətli dəstək göstəriləcəyinə dair mühüm vədlər verilib.
BMT Qaçqaınlar üzrə Ali Komissarlığından (QAK) "Report"a verilən məlumata görə, ümumiyyətlə, Qaçqınlar üzrə Qlobal Forumda qaçqınlar və 750 nümayəndə heyətləri də daxil olmaqla 3300-ə yaxın iştirakçı tərəfindən müxtəlif sahələr üzrə 770-dən artıq vədlər elan edilib.
Qeyd olunub ki, bu vədlər məşğulluqdan tutmuş məktəblərdə qaçqın uşaqlar üçün yerlər ayrılması, yeni dövlət siyasətləri, yenidən məskunlaşdırılma kimi həll yolları, təmiz enerji, infrastruktur və qəbuledici icmalara və ölkələrə daha yaxşı dəstək göstərilməsi kimi sahələri əhatə edib.
Hökumətlər, vətəndaş cəmiyyəti, qaçqın qrupları, idman assosiasiyaları, dini qruplar və özəl sektor tərəfindən əhəmiyyətli dəstək vədləri elan edildi və qaçqınların və çox zaman resurs çatışmazlığı yaşayan qəbuledici ölkələrin uğurlu nəticələrə nail olmasında tərəfdaşlıq münasibətlərinin önəmli olduğu bildirilib. (Vədlərin tam siyahısı üçün bu saytda verilmiş panelə baxın).
Yaxın gələcəkdə əlavə vədlərin veriləcəyi gözlənilir və uğurların qiymətləndirilməsi üçün, məsələn, iş yerlərinin yaradılmasında, məktəblərdə yerlərin ayrılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında irəliləyişlərin izlənilməsi üçün indikatorlar müəyyənləşdirilib. Əldə ediləcək nəticələrin yekun olaraq nəzərdən keçiriləcəyi toplantı iki ildən sonra baş tutacaqdır.
"Sığınacaq axtaranlara ictimai dəstəyin səviyyəsi son illərdə dəyişkən olmuşdur. Bir çox hallarda qaçqınları qəbul etmiş icmalar özlərini ağır yükə məruz qalmış və ya unudulmuş hiss edirlər. Amma qaçqınların situasiyaları yalnız o halda “böhranlı” olur ki, biz qısamüddətli perspektiv barədə düşünməklə, müxtəlif sektorlar üzrə planlaşdırma və ya iş aparmamaqla və qaçqınların gəldikləri icmalara diqqət yetirməməklə belə situasiyaların yaranmasına imkan veririk. Bu Forumda biz uzunmüddətli perspektivə doğru mühüm irəliləyişin olduğunu gördük", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
İlkin təhlilin göstərdiyi kimi, mühüm maliyyə vədləri də elan edilib. Dünya Bankı Qrupu xüsusi olaraq qaçqınlar və qəbuledici icmalar üçün nəzərdə tutulan maliyyələşdirmə mexanizmi vasitəsilə, eləcə də özəl sektora və iş yerlərinin yaradılmasına dəstək üçün nəzərdə tutulan ayrıca maliyyələşdirmə mexanizmi vasitəsilə 4,7 milyard ABŞ dolları məbləğində yardım göstərəcəyini vəd edib və bu sonuncu mexanizm çərçivəsində həmçinin qaçqınlar və qəbuledici icmalar da nəzərə alınır. 1 milyard ABŞ dolları məbləğində analoji yardım barəsində vəd Amerika Qitəsi İnkişaf Bankı tərəfindən elan edilib. Bundan əlavə, çoxlu sayda dövlətlər və digər maraqlı tərəflər qaçqınlara və onları qəbul etmiş icmalara 2 milyard ABŞ dollarından artıq məbləğdə maliyyə dəstəyi göstərəcəklərini vəd ediblər. Bu yardımlar inteqrasiya prosesinə və qəbuledici icmaların uzunmüddətli tələbatlarının ödənilməsinə dəstəyin əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib ki, bu da dünyadakı 25,9 milyon qaçqının çoxunun didərginlik həyatının illər və yaxud hətta onilliklər ərzində davam etməsinin etirafıdır.
Özəl sektor zorla didərgin salınmış insanlar üçün indiyədək götürdüklərindən daha geniş spektrli öhdəliklər götürdü. Qaçqınlar üçün məşğulluq imkanlarının təmin edilməsi bu sektorun da güclü dəstəyini qazandı, belə ki, məşğulluq qaçqınların yenidən layiqli həyat sürməsinə və yaşadıqları icmaların onlar üçün etdiklərinin qarşılığını verməsinə imkan yaradılması üçün önəmlidir. Humanitar və inkişaf fəaliyyətlərinə dair vədlərdən əlavə, biznes qrupları tərəfindən 250 milyon ABŞ dollarından artıq məbləğdə vədlər verilib. Bu təşəbbüslər sayəsində qaçqınlar ən azı 15 min iş yeri əldə edəcəklər. Həmçinin ildə 125 min saata yaxın pulsuz hüquqi məsləhət xidmətləri göstəriləcəkdir.
Aşağıdakı altı əsas sahə Forumun diqqət mərkəzində olub: təhsil; iş; enerji və infrastruktur; məsuliyyətin bölüşdürülməsi; himayə; və yenidən məskunlaşdırılma kimi həll yolları. Verilən vədlərin çoxu himayə və təhsil sahələrinə aiddir və bir çox hallarda bunlardan birincisi inteqrasiyanın təşviqi məqsədilə qanunvericilik və siyasətdə dəyişikliklər edilməsini, ikincisi isə mümkün qədər daha çox qaçqın uşaqlar üçün məktəblərdə yerlər ayrılmasını və onların həyatdakı perspektivlərinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Qaçqınların təhlükəsiz və könüllü qayıdışı üçün şəraiti ən yaxşı şəkildə necə yaratmaq məsələsi də mühüm mövzulardan olub. Bir sıra mənşə ölkələri qaçqınların və digər didərgin icmaların könüllü qayıdışı və reinteqrasiyası ilə bağlı öhdəliklər götürüblər.
Qeyd edək ki, forum 2018-ci ilin dekabrında Nyu-Yorkda BMT-nin üzv dövlətləri tərəfindən təsdiqlənən Qaçqınlar üzrə yeni Qlobal Sazişin mühüm elementidir. Bu sazişə əsasən Qaçqınlar üzrə Qlobal Forumlar hər dörd ildən bir keçirilir, bu isə o deməkdir ki, növbəti forum 2023-cü ilin sonuna təyin ediləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi