Tramp impiçmentlə bağlı Nensi Pelosiyə məktub yazıb: "Siz prezidenti sevən Amerika xalqını incidirsiniz"
18-12-2019 [12:17]
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktub yazıb.
Ağ Evin rəsmi saytında yayımlanan məktubda D. Tramp impiçmenti pisləyib.
İmpiçmentə qarşı olduğunu bildirən ABŞ Prezidenti ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu qeyd edib.
“İmpiçmentin heç bir maddəsi konstitusiya nəzəriyyəsinin standartlarına uyğun deyil. Faydasız impiçmentinizlə öz andınızı, konstitusiyaya bağlılığınızı pozur, Amerika demokratiyasına müharibə elan edirsiniz. Sizin əməlləriniz Amerika uğrunda canından keçən qurucu atalarımızı belə incidir. Hətta daha pisi odur ki, siz prezidenti sevən Amerika xalqını incidirsiniz. Siz bilirsiniz ki, impiçment bəyanatları yalandan ibarətdir. Etdiyiniz qorxunc bir işdir, lakin bununla siz başa çıxmalısınız, mən yox! İlk ittihamınız – “gücdən sui-istifadə etmə” tamamilə rəzil, xəyal aləminizin əsassız uydurmasıdır. Özünüz də bilirsiniz ki, mən Ukrayna Prezidenti ilə tamamən məsum bir danışıq aparmışam. İkinci danışığımız isə tamamilə yanlış xarakterizə edilib və yanlış şəkildə təqdim olunub. Yaxşı ki, danışıqların transkripti mövcuddur və siz ordan görə bilərsiniz ki, Prezident Zelenskiyə mənə, şəxsimə yox, bizə yaxşılıq etməsini istəmişəm. Hətta danışıqlarda Baş prokurorun da adını qeyd etmişəm. Xarici ölkə liderləri ilə bütün danışıqlarımda ilk olaraq Amerikanın maraqlarını müdafiə edirəm. Zelenskiylə də danışığımda bunu etdim. O özü də dəfələrlə qeyd edib ki, danışıqlarda heç bir təzyiqə uğramayıb”, – deyə məktubda qeyd olunub.
Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların Prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi