"Bu, Zelenskinin Ermənistana da gərəkli mesajıdır" - Elxan Şahinoğlundan təhlil
18-12-2019 [11:26]
“Atlas” Araşdırmalar Mərkəzinin Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərdən öncə yazdıqları təsdiqini tapdı. Zelenski Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə əməkdaşlığın inkişafını sürətləndirəcək əsas mövzuları gündəmə gətirdi”.
Mia.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O, Zelenskinin Azərbaycana səfərinin əhəmiyyətini belə izah edib:
“Birincisi, Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi “söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir” cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bu, Zelenskinin Ermənistana da gərəkli mesajıdır.
İkincisi, Vladimir Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Zelenski ayrıca təklif etdi ki, Bakıdan bir heyət Kiyevə gedərək investisiya imkanlarını və şərtlərini öyrənsin. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Zelenski geniş özəlləşdirmə proqramını həyata keçirməyə çalışır. Bu bazarda biz də yer tuta bilərik.
Üçüncüsü, Kiyev “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Vladimir Zelenskinin sözlərindən aydın oldu ki, Ukrayna da bu layihəyə maraq gəstərir. Bu rolun nədən ibarət olacağını iki ölkənin mütəxəssisləri müəyyənləşdirməlidirlər. Ukrayna Avropa ölkələri üzərindən Azərbaycan qazınımı almaq istəyir, yoxsa başqa variantların müzakirəsi mümkündür?
Dördüncüsü, Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır. Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyəti göstərir. Azərbaycan Dövlət Neft Şirkəti öz sahəsində Ukraynada lider mövqelərdədir. Zelenski Dövlət Neft Şirkətinə Ukraynadakı mövqelərini daha da gücləndirməyi təklif edir.
Beşincisi, son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artıb. Nəqliyyat yolları ilə Mərkəzi Asiyanın, İranın və Çinin yükləri Azərbaycan üzərindən Ukraynaya daşınır, eyni zamanda Ukrayna öz mallarını Azərbaycan üzərindən adı çəkilən ölkələrə daşıyır. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna prezidenti Bakıda baş nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu.
Beləliklə, Vladimir Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar. Ən önəmlisi odur ki, Vladimir Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu o deməkdir ki, Ukrayna prezidenti keçmiş SSRİ respublikaları ilə əməkdaşlıqda Azərbaycana üstünlük verir. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha üst səviyyəyə qaldırmağa imkan verir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi