03-12-2019 [15:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
-Xoş gəlmisiniz.
Çox şadam ki, "Bakutel” sərgisində iştirak edirsiniz. Biz çox məmnunuq ki, Türkiyə bu sərgidə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Bu, çox önəmli bir tədbirdir, uzun illər ərzində ənənəvi olaraq keçirilir. Əlbəttə ki, həm Azərbaycanın bu sahədəki nailiyyətlərini nümayiş etdirir və dost ölkələrin də texnoloji inkişafını əks etdirir.
Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışını qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan qazını Avropaya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir.
Sizin rəhbərlik etdiyiniz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını qeyd etməliyik. Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropanı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır.
Bir də ki, Türkiyədə texnoloji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasiya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə də daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dünyanın gələcək inkişafı böyük dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırmalar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı-Tbilisi-Qars kimi vaxtında icra edəcəyik.
X X X
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit TURHAN dedi:
- Hörmətli cənab Prezidentim.
Azərbaycanın qlobal səviyyədə təşkil etdiyi "Bakutel” sərgisi ilə əlaqədar bir daha qardaş ölkədə olmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.
İşlərinizin çoxluğuna baxmayaraq, bizi qəbul etdiyiniz üçün də təşəkkürlərimi bildirmək istəyirəm.
Sizə hörmətli Prezidentimizin salamlarını gətirmişəm.
Fürsətdən istifadə edərək, indiyədək çox uğurlu şəkildə həyata keçirilən və beynəlxalq səviyyədə etibarı yüksək olan Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel”in 25-ci ildönümünü şəxsən öz adımdan, hökumətimiz və türk milləti adından ən səmimi hisslərimlə təbrik edir və bundan sonrakı fəaliyyətinizdə də uğurlar diləyirəm.
Azərbaycan Sizin rəhbərliyinizlə bütün sahələrdə mühüm islahatlar həyata keçirir, ciddi irəliləyişlər əldə edir. Əldə olunan hər irəliləyişdən, hər uğurdan məmnunluq duyuruq. Azərbaycanın bu uğurları artırmaqda və bölgəmizin parlayan ulduzu olmaqda davam edəcəyinə ürəkdən inanırıq.
Bu gün kənardan baxdıqda görürük ki, Azərbaycan siyasi və ictimai sabitliyi iqtisadi və bəşəri zənginliyə çevirmişdir. Qardaş xalqlarımız ümummilli lider mərhum Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı ilə güclərini ölkələrimizin və bölgəmizin faydasına uyğun olaraq birləşdirmişlər.
Sarsılmaz təməl üzərində qurulmuş əlaqələrimiz böyük bir mərhələ keçərək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. Həqiqətən də bir çox sahədə birlikdə mühüm layihələr gerçəkləşdiririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi iki böyük, mühüm layihəni həyata keçirərək qlobal və regional baxımdan enerji strategiyamızı da inkişaf etdirdik. Bundan başqa, XXI əsrin layihəsi olan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi xüsusilə Azərbaycanın və Türkiyənin səyləri və maliyyə mənbələri hesabına gerçəkləşdirilməyə başlanmışdır.
Möhtərəm cənab Prezident, hörmətli Prezidentimiz ilə Sizin əhəmiyyətli töhfəniz və güclü iradənizlə başladılan bu layihələr Türkiyə və Azərbaycan üçün yeni imkanlar olaraq ortaq gücə çevrilmək hədəfinə mühüm dəstək təmin etməkdədir.
Böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamlarından hərəkət edərək Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da hər sahədə bir-birinin yanında yer almaqda davam edəcəklər. Bundan sonra bizim öhdəmizə düşən vəzifə kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığı cənab Prezidentimiz və Zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəlilətməkdir.
x x x
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
***
Prezident dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə - nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.
Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.
Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.
İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri Cəhromi deyib:
- Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona dedim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi