15-11-2019 [16:49]
Almaniyada həbs olunan azərbaycanlıların istintaqı davam edir.
Üstəlik, ötən gecə 61 nəfər soydaşımız ölkəyə geri göndərilib. Onları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar.
Alman polisi miqrantların saxta sənədlərdən istifadə etdiyini iddia edir. Məlumatlara görə, Azərbaycanda saxta arayışlar hazırlanıb, həmin sənədlər Almaniyanın müvafiq qurumlarına təqdim olunmaqla, soydaşlarımız yaşamaq icazəsi alıblar.
Saxta sənəd hazırlayanları başa düşdük, bəs bizim hüquq-mühafizə orqanları, sərhəd mühafizəmiz? Onlar hara baxırmış ki, bu qədər insan ölkədən qeyri-qanuni şəkildə çıxa bilib?
Mia.az xəbər verir ki, baş verənlərlə bağlı AYNA-nın suallarını millət vəkili Çingiz Qənizadə cavablandırıb.
- Bu insanlar sığınacaq üçün ölkədən problem olmadan çıxa bilirlər. Görünür, onların sənədləri peşəkarcasına hazırlanıbmış. Yaxşı bilirsiniz ki, sıravi azərbaycanlı ölkədən gedəndə sərhəddə onun sənədlərində, bəzən nöqtə-vergül problemi axtarılır, bəzən də həmin şəxs saxlanılır, geri qayıdır. Demək ki, Almaniyada istintaqı gedən şəxslər oturuşmuş cinayətkar dəstə olub. Bu insanların evindən möhürlər, xüsusi qəlib sənədlər, blanklar cıxdı. Demək ki, proses əvvəldən hazırlıqlı şəkildə olub. Aksiyadan, mitinqdən şəkillər, partiya sənədləri, guya zorakılıq görmüş kimi əks olunan fotolar saxtakarlırlıq kimi ortaya çıxıb.
- Saxlanılanları hüquqi baxımdan nə gözləyir?
- İstintaq müddətində həbs olunanlarla işbirliyində olan almanlar da var. Buna əminəm ki, Almaniya hökuməti bu məsələni də araşdıracaq. Bizim həbs olunan qrupla əlbir olan almanlar da məsuliyyətə cəlb olunacaqlar. Hələlik istintaqın gedişi barədə dəqiq nəsə demək çətindir.
- Bəs deportasiya olunanların taleyi necə olacaq?
- Təəssüf doğuran məqam odur ki, buradan gedənlərin çoxu aldadılaraq aparılıb, həmin ailələr arasında uşaqları olan ailələr də var. Bu insanların aqibəti nə ola bilər ki? Onlar özlərinə vurduqları qədər bizə də zərər vurublar. Ən əvvəl dövlətin imicinə zərər yetiriblər, dövlət onlara qucaq açası deyil. Amma ölkədən gedib sığınacaq axtarmaları barədə Azərbaycan qanunvericiliyində məsuliyyət yoxdur, yaxud onların məsuliyyətə cəlb olunması doğru olmazdı.
- Ölkəyə geri qayıtmamaq üçün intihara əl atanlar da var...
- Ölkəsinə qayıtmamaq üçün intihara cəhd edənlər geri qayıtdıqdan sonra, sözsüz ki, dindiriləcəklər, sorğu-sual ediləcəklər. Onların dilindən çox həqiqətləri eşidəcəyik. Həmin insanların aqibətinə gəlincə, həyatlarına sıfırdan başlamalıdırlar, bu, artıq onların taleyidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi