Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR
07-11-2019 [00:07]
Qoç - qəribə işdir: çaşqınlıq içərisindəsiniz və nə etmək lazım olduğunu bilmirsiniz. Bu vəziyyət sizin üçün diskomfort yaradır və çətin ki uzun surə. Ehtiyatlı hərəkət etməyə çalışın, lüzumsuz risklərdən uzaq durun. Nə qədər çox ənənələrə əməl etsəniz, özünüzü bir o qədər az təhlükə altında qoyursunuz.
Yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Siz problemləri müzakirə etməyə yox, onları gizlətməyə çalışırsınız. Bu, çox konstruktiv olmasa da, sizə sakitlik hissi bəxş edir.
Buğa - sizi uğurun müşayiət edəcəyini demək olmaz. Amma ümumilikdə işləriniz bir o qədər də pis getməyəcək. Çətin işlərin öhdəsindən gələcək, faktları tutuşdura biləcək, başqalarının təsadüf hesab etdiyi hadisələr arasında əlaqə tapacaqsınız. İntuisiyanız çox kəskindir. Bəzi Xərçənglər gələcəklərini dəyişdirəcək qərarlar qəbul edəcəklər.
Günün ikinci yarısında hiss edəcəksiniz ki, həyat potensialı enir, güc və enerjiniz azalır. Qəhrəmanlıq göstərməyə cəhd etməyin. Ən yaxşısı istirahət etmək, vaxtınızı sevdiyiniz məşğuliyyətlə keçirməkdir.
Əkizlər - bu gün xüsusilə maraqlı heç nə baş verməyəcək. Amma vaxtınızı yaxşı keçirə biləcəksiniz. Fantaziyanız bitməz-tükənməzdir və xoş kompaniyada əylənməyin min bir yolunu tapmağa nail olacaqsınız. Düzdür, siz o qədər də ehtiyatlı deyilsiniz. Ona görə də yanınızda uzaqgörən və düşüncəli adamın olması yaxşıdır. Onun tövsiyələrinə qulaq asın.
Siz çox asanlıqla pul xərcləyir və cibiniz boşalmadan buna görə heyfslənmirsiniz. Bu gün yalnız ev bitkiləri almağınız məsləhət görülür.
Xərçəng - bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Bir çox Qoçlar çoxdandır əməkdaşlıq etdikləri insanlarla küsüşəcəklər. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Şir - Çox əlverişli gündür. Gözlədiyinizdən də böyük uğurlar əldə edəcəksiniz. Yeni kəşflər, uğurlu eksperimentlər mümkündür. Yaradıcı yanaşma sizə bir çox problemlərin həllində yardım edəcək. Rəqiblərinizə isə yalnız sizin zəngin fantaziyanız və geniş dünyagörüşünüzə həsəd aparmaq qalacaq. İşgüzar müttəfiqlərinizlə nəinki dil tapa biləcək, həm də onlarda unudulmaz təəssürat yaradacaqsınız.
Əgər bu gün işgüzar əməkdaşlıq başlasa, uzun müddət davam edəcək və məhsuldar olacaq. Bu (daha çox davamlılıq anlamında), həyatınızı bəzəyəcək yeni romana da aiddir.
Qız - uğursuzluqlar vaxtı gəldi. Bəzi işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz probelmlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmk hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Tərəzi - birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil emək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəcəklər.
Siz həm yeni ideyalar, həm də yeni adamlara asanlıqla məftun olur, başınızı itirir və ehtiyatı unudursunuz. Düşünülməmiş addımlar mümkündür. Bəzi Tərəzilər yaxın adamlarına verdikləri vədləri emosiyaların təsiri altında unuda bilərlər.
Əqrəb - çox şey barədə düşünmək lazım gələcək. Problem və çətinliklər leysan kimi üstünüzə yağacaq. Düşünmək, ətrafa boylanmaq üçün vaxtınız olsa, onların hamısının öhdəsindən gələrsiniz. Amma təəssüf ki, vaxtınız, ümumiyyətlə, yoxdur. İşdə münaqişələr mümkündür. Aydınlaşacaq ki, tam inanmağa öyrəşdiyiniz adamlar da sizi başa düşmürlər.
Şəxsi xarakterli çətinliklər də yarana bilər. Münasibətləri dəyişməyin vaxtıdır. Amma siz hansı istiqamətdə hərəkət etmək barədə qərar qəbul edə bilmirsiniz.
Oxatan - bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.
Yaxınlarınızla, ailə üzvlərinizlə güsüşəcəksiniz. Kompromis tapmaq o qədər də çətin deyil. Amma sizin üçün dediyinizin üstündə durmaq sülhü qorumaqdan daha vacibdir. Günün ikinci yarısında nasazlıqlar mümkündür.
Oğlaq - bu gün yaxşılığa doğru dəyişikliklərin əsasını qoyan hadisələrlə yadda qalacaq. Gələn təkliflər çaşdırmayacaq: siz onlara necə reaksiya verməyin lazım olduğunu yaxşı bilirsiniz. Kommersiya fəaliyyətində uğurlar mümkündür. Gözlənilməz pul gəlirləri də istisna deyil.
Çoxdankı ailə problemlərini həll etmək şansı var. Düzdür, əvvəlcə onlarla bağlı açıq danışmaq lazım gələcək və bu, asan olmaya bilər. Yorucu fiziki işdən imtina edin. Ağır yük xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Dolça - diqqət cəmləşdirməyi tələb etməyən müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz, məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı olmayacaq.
Əyləncə və istirahətlə bağlı maraqlı təkliflər alacaqsınız. Darıxmaq lazım gəlməyəcək. Görüşlər romantiklikdən daha çox şən keçəcək. Amma yəqin ki, bu, sizi məyus etməyəcək.
Balıqlar - sizi çətin, amma çox faydalı iş gözləyir. Bu işləri öz axarına buraxmaq olmaz - sizdən başqa heç kim lazım olan nəticəni əldə edə bilməyəcək. İşdə vəziyyət əlverişlidir, öz ideyalarınızı həyata keçirmək üçün rəhbərliyin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni müttəfiqlərlə əməkdaşlığa başlayacağınız istisna deyil.
Ailə münasibətləri harmonik olacaq. Siz qohumlarla yola getməklə bərabər, həm də onların məqsəd və planlarını bölüşəcəksiniz. Gün ümumi təmizlik, təmir, interyerin yenilənməsi üçün münasibdir.
Milli.Az
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz