Gəncədə oğurluq edən 3 nəfər saxlanıldı

img

07-10-2019 [12:18]


Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA