DİN Sumqayıtda keçmiş məhkumun qətli ilə bağlı məlumat yaydı

img

27-09-2019 [11:30]


Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA