Deputat Xanhüseyn Kazımlı şirkəti məhkəmədə uddu – Mansard və pul

img

12-08-2013 [12:49]



Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının tikinti şirkəti ilə məhkəmə çəkişməsinə Bakı Apellyasiya Məhkəməsində son qoyulub

 Mia.az-a məhkəmə sistemindən daxil olan xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının «İlkin-Y» MTK-ya qarşı pul tələbi, qarşı tərəfin isə binanın mansard hissəsindən partiyanın çıxarılmasından bəhs edən şikayətləri üzrə qərar avqustun 7- verilib: «Həmin günü Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılov qərarını açıqlayıb. O, birinci məhkəmə instansiyasının qətnaməsini ləğv edərək, deputat Xanhüseyn Kazımlının ilkin iddiasını təmin edib. Hakim şirkətin qarşılıqlı iddiasını isə rədd edib. Bu isə o deməkdir ki, şirkət partiyanı nəinki mansarddan çıxara bilib, hələ üstəlik, deputata pul da ödəmək məcburiyyəti ilə üzləşdi».

 Mia.az-a verilən məlumatda deyilir ki, qarşı tərəfin Bakı Apellyasiya Məhkəməsinin yeni qətnaməsindən Ali Məhkəməyə şikayət edəcəyi gözləniləndir.

 Tərəfləri dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA