Cəlilabadda yaşlı qadını maşın vuraraq öldürüb

img

17-09-2019 [21:32]


Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin 1954-cü il təvəllüdlü sakini Əhmədova Firuzə Müzəffər qızını "VAZ 21011" markalı minik avtomobili vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub.

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA