Vəkil 1900 manat pul aldı, işi uduzdu - İndi də ölümlə təhdid olunur

img

17-09-2019 [16:52]


Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

Məlumata görə, rayonun Vəkil Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O, müraciətində bildirib ki, rayon sakini, 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA