AzTV-nin 3 əməkdaşı ağır qəzaya düşdü - Milli Məclsin qarşısında

img

11-09-2019 [00:15]


Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə Milli Məclisin binası qarşısında baş verib.

Qəza zamanı AzTV-nin 3 əməkdaşı - 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub. 

Məsələ ilə bağlı "Report"a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA