10-09-2019 [13:27]
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Musa Quliyev Etikxeber.az-ın suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni oxuculara təıqdim edir::
-Musa müəllim, Siz YAP-ın-partiyanızın İcra katibinin müavini, həmkarınız Siyavuş Novruzov son açıqlaması-sabiq nazirlər haqqında ittihamları ilə bağlı nə demək istərdiniz? Doğrudanmı, sabiqlər, xüsusilə də, YAP üzvü olan eks-nazirlərlə bağlı hakim partiyanın "dosye”si var, doğrudanmı, onlar üzv olduqları təşkilat və komanda üçün ciddi problem törədir və təhlükə mənbəyidirlər, doğrudanmı, onlar radikal adlandırılan müxalifətlə əlbirdirlər?
-Yaxşı olardı ki, bunu Siyavuşun Novruzovun özündən soruşasınız. Məndə də elə bir dosye-filan yoxdur. Siyavuş Novruzovdan soruşun, mən nə deyim?! Onun dediyi sözlərə mənim, ya başqasının hər hansı bir şərh verməsi də doğru deyil. Hər kəs özü dediyi sözə görə cavab verir, dediyi sözə görə bilir ki, nə deyib və ona uyğun da izahat verir. O, həm də axı, konkret bir adamın adını çəkməyib ki, biz də deyək bu adam yaxşı adamdır, ya pis adamdır.
Bununla belə, Siyavuş Novruzovun əlində hər hansı bir məlumat olmasa, o cür bəyanat verməz. Çünki o, kifayət qədər ciddi vəzifə tutan və özü də ciddi adamdır. İctimaiyyət üçün maraqlı olduğunu, yaxud, əhəmiyyətini də nəzərə alıb özü açıqlaya bilər, onu biz deyə bilmərik. Siyavuş Novruzov yaxşı olar ki, əlindəki faktları araşdırmaq üçün hüquq-mühafizə orqanlarına təqdim etsin.
– Tez-tez YAP-çılar arasında qarşıdurmalara, onların bir-birinin ünvanına səsləndirdiyi ittihamlara rast gəlirik. Belə olan halda, YAP-da partiyadaxili "müxalifət” və ya gizli müxalif qrup varmı?
– Belə bir məsələ yoxdur və YAP-çılar da bir-birinə qarşı heç bir iddia irəli sürmürlər. Ola bilsin ki, kimsə vaxtilə YAP-ın dəstəyi ilə vəzifdə olub, sonra vəzifədən çıxıb gedib, amma YAP üzvü kimi qalır və hər hansı bir tənqidini irəli sürürsə, biz bunu da normal qəbul edirik. Ancaq bu şərtlə ki, tənqid obyektiv olsun, əsaslı olsun və qərəzli olmasın. YAP kifayət qədər demokratik ab-havası olan bir partiyadır və partiyadaxili tənqidi də, özünütənqidi də qəbul edir.
Amma o tənqidləri qəbul etmir və etmirik ki, onlar əslində qərəzdir və şəxsi maraqlardan doğur, heç bir obyektiv əsası yoxdur, dövlətçiliyimizə və xalqımızın birliyinə də ziyandır. Bunları qəbul etmirik və pisləyirik. Amma sağlam tənqidi niyə qəbul etəyək ki?
Sağlam tənqidi həmişə qəbul edirik. Özümüz də bəzən hökumətin işindəki müəyyən nöqsanları çox səmimi şəkildə tənqid edirik və bu tənqidlərin yaxşı da nəticələr olur. Bu, normal bir məsələdir. Tənqid, özünütənqid hər bir siyasi partiyanın, hər bir cəmiyyətin inkişafı üçün çox vacib vasitələrdən biridir.
-Qarşıdan növbəti bələdiyyə və parlament seçkilər gəlir. Çox maraqlıdır ki, hər dəfə seçkilər yaxınlaşanda, seçkilərə start veriləndə iqtidarlı-müxalifətli bütün aparıcı partiyalarda gərginlik, təlatüm yaşanır…
– Bütün dünyada belə bir proses gedir və hər kəs istəyir seçicini öz tərəfinə çəksin və iş görən, işi olan öz işini ortaya qoyur, işi olmayan da başlayır iş görəni tənqid etməyə, müəyyən böhtanlar yağdırmağa, yaxud da, əsassız vədlər verməyə və iddialar irəli sürməyə. Bu, bütün dünyada gedən seçiqabağı proseslərdir və biz də bunu normal qəbul edirik. Amma bu şərtlə ki, o irəli sürülən ideyalar və iddialar milli maraqlara toxunmasın…
-Seçkilərlə, xüsusilə, parlament seçkiləri ilə bağlı YAP-da ayrılmalar, parçalanmalar baş verə bilərmi? Bəzən buna da tez-tez eyham vurulur…
-Bu, qətiyyən mümkün deyil. YAP kifayət qədər monolit bir partiyadır. YAP-da heç bir parçalanma yoxdur, olmayacaq və əslində, onun heç əlamətləri də sezilmir. Amma partiya kifayət qədər böyük kontingenti olan bir partiyadır, yeddi yüz mindən çox üzvü var. Hər bir seçkiqabağı, yaxud da, hər hansı bir dövrdə beş nəfər, üç nəfər öz maraqları partiyanın maraqları ilə üst-üstə düşməyən insan ola və müəyyən bəyanatlarla, yaxud, etirazlarla öz fikirlərini söyləyə bilərlər. Bunu da normal qəbul edirik.
Bu, ümumi partiya üzvlərinin sıfır yüzdə bir faizini təşkil etmir. Bu da normal qəbul olunmalıdır. Çünki cəmiyyət hamısı bircinsli olmadığı, eyni düşünmədiyi kimi, yeddi yüz minlik üzvü olan partiyada ola bilsin ki, müəyyən insanlar başqa cür düşünə bilər. Amma bunlar partiyanın işinə heç bir xələl gətirmir və əsas odur ki, YAP xalqın etimadını qazanıb və bu etimadı doğruldur.
Kamil HƏMZƏOĞLU
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi