DİN İmişlidə 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı

img

09-09-2019 [14:04]


Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi "Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub.

İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA