DİN Xaçmazda piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

img

06-09-2019 [13:12]


Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda piyadanın ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA