Bakıda "Tır" "Mercedes"i vuraraq yoldan belə kənara atdı - VİDEO

img

06-09-2019 [11:54]


Bakıda yük və minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, qoşqusuz "Tır" heç bir dönmə əməliyyatından istifadə etmədən yolun sağ hissəsində eyni istiqamətdə hərəkət edən "Mercedes" markalı minik avtomobilinə çırpılıb. 

Zərbənin təsirindən minik avtomobili idarəetmədən çıxıb, yolun kənarındakı bardyürə çırpılıb və daha sonra ağaca dəyərək dayanıb. Yük avtomobili isə yoluna davam edib.

Qeyd edək ki, görüntüləri "Facebook"da "Dj.Turalla AvtoStop" səhifəsi paylaşıb/Report.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA