Bakıda polis əməliyyatı: adam oğurluğuna görə axtarışda olan şəxs tutuldu

img

05-09-2019 [12:41]


Bakıda evdən xeyli miqdarda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev tutulub.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA