Rusiyalı nazir: “Uçot dərəcəsi yenidən azaldıla bilər”

img

04-09-2019 [15:40]


"Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının sentyabrın 6-da keçiriləcək növbəti iclasında uçot dərəcəsi yenidən azaldıla bilər".

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

"Bu il uçot dərəcəsi 2 dəfə azaldılıb. Amma Rusiya Bankı yenidən belə bir addım atmağa hazırdır. Bu baş versə, Rusiyada ipoteka və korporativ kreditləşmənin həcmi artacaq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA