Sumqayıtda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

img

02-09-2019 [18:23]


Avqustun 31-də saat 12 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva naməlum avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA