Hacıqabulda maşın aşıb: bir uşaq ölüb, 3 nəfər xəsarət alıb

img

01-09-2019 [19:24]


Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralının 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündən Qazax istiqamətinə gedən hissədə baş verib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun sükanı arxasında olduğu "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb. Hadisə zamanı sürücü və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Ruhiyyə İlyas qızı, övladları - 2007-ci il təvəllüdlü Xəyal Allahverdiyev və 2007-ci il təvəllüdlü Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Allahverdiyeva həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA