31 nəfəri götürən şəxs güllələndi

img

20-08-2019 [20:47]


Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.

Mia.az-ın məlumatına görə, 31 nəfəri 3 saat avtobusda girov saxladıqdan sonra cinayətkar snayperlə neytrallaşdırılıb. O, aldığı xəsarətdən ölüb.

Avtobusda 31 nəfər olub. Onlar 3 saat girovluqda qalıb. Girovların vəziyyəti barədə məlumat verilmir. İnsident yerinə bir neçə təcili yardım avtomobili gəlib.

Qeyd edək ki, səhər saatlarında silahlı və maskalı şəxs körpünün üzərində sərnişin avtobusunu saxlayaraq nəqliyyat vasitəsini yandıracağı ilə hədələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA