Gürcüstanda genişmiqyaslı cinayətkar şəbəkə ifşa olunub

img

13-08-2019 [17:48]


Gürcüstanda vergidən yayınma və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı genişmiqyaslı cinayətkar şəbəkə ifşa olunub.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

Xidmət dövlət büdcəsinə 100 mln. lari həcmində zərərin vurulmasının qarşısını alıb. Doqquz cinayət işi üzrə 53 şəxslə bağlı istintaqa başlanılıb. Həmin şəxslərdən 38-i saxlanılıb. Onların əksəriyyəti müxtəlif şirkətlərin direktor və təsisçiləri, bəziləri isə şirkətlərin menecerləridir.

Təqsirləndirilən şəxslər qanunsuz əməliyyatları Gürcüstanın müxtəlif bölgələrində sahib olduqları şirkətlər vasitəsilə həyata keçiriblər.

Günahları sübuta yetiriləcəyi təqdirdə həmin şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA