Nardaranda 4 uşağın boğulması ilə cinayət işi açıldı -Prokurorluqdan açıqlama

img

12-08-2019 [10:52]


Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğundan Mia.az-a verilən məlumata görə, Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 10-da həmin ərazidə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin isə axtarışları davam etdirilib və avqustun 12-də tapılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA