Gürcüstanda kriminal avtoritetlər saxlanılıblar

img

09-08-2019 [11:56]


Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1977-ci il təvəllüdlü "Tetron”, 1978-ci il təvəllüdlü "Çina”, 1991-ci il təvəllüdlü "Buta” ləqəbli kriminal avtoritetlər və 1983-cü il təvəllüdlü şəxs hədə-qorxu və şantaj yolu ilə vətəndaşlardan pul tələb ediblər. 

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda pul əldə etmək məqsədi ilə 1994-cü il təvəllüdlü vətəndaşdan onlayn totalizatorda "Toyota Land Cruiser Prado” markalı avtomobilin dəyərinin üçdə bir hissəsini – 10 min ABŞ dollarını hədə-qorxu gəlməklə alıblar.

Cinayətkar qruplaşma üzvlərini 4 ildən 7 ilədək həbs cəzası gözləyir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA