Peşəkar Futbol Liqası da tender keçirir

img

06-08-2019 [14:33]


Peşəkar Futbol Liqası (PFL) 2019/2020-ci illər futbol mövsümü üçün Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə əlaqədar tender elan edib. 

Mia.az xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır. 

Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq. Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.

Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir. Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.

Qeyd edək ki, 2009-2012-ci illərdə "Unibank", 2012-2019-cu illərdə isə "Topaz" Premyer Liqanın titul sponsoru olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA