Avropa Liqası: "Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli oldu

img

03-08-2019 [13:42]


Bu gün UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibini açıqlayıb.

Mia.az xəbər verir ki, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər. Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi"nin isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.

"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək:

"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi

"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi

"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi

"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:

"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi

"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya) cütünün qalibi

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya) cütünün qalibi

"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə) cütünün qalibi

Püşkatma mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın APOEL səddini keçəcəyi təqdirdə, səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:

PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya)

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya)

"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka)

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan)

Püşkatma mərasimi avqustun 5-də saat 14:00-da başlanacaq. 

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar 20-21 avqust və 27-28 avqustda, Avropa Liqasında isə müvafiq olaraq, 22 avqust və 29 avqustda keçiriləcək. İlk matçlar adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.   

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA