"Qəbələ"nin futbolçusu əməliyyat olunduğu üçün Tbilisidə qalıb

img

02-08-2019 [14:52]


Avropa Liqasında II təsnifat mərhələsinin Gürcüstan "Dinamo"su ilə cavab matçında zədələnən "Qəbələ"nin futbolçusu İvitsa Juniç əməliyyat olunub

Bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əməliyyat Tbilisidə olub və uğurlu başa çatıb. 

Qurbanov deyib ki, müdafiəçinin gözünün altında sınıq aşkarlanıb: "Juniç Tbilisidə qalıb. Həkimlər onun durumu haqqında məlumat verəcək. Futbolçu ən az bir ay yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. İvitsa Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edərək ambulansla xəstəxanaya çatdırılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA