"Neftçi"dən Tula klubuna: "Bu il Bakıda uduzan yeganə "Arsenal" deyilsiniz"

img

02-08-2019 [13:29]


"Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın "Arsenal” komandasına təsəlli verib.

"Report” xəbər verir ki, paytaxt təmsilçisi Bakıdakı cavab matçında 3:0 hesablı qələbədən sonra rəmsi "Twitter” hesabında bu cür yazıb: "Özünü əzilmiş hiss etmə, Tula "Arsenal”ı. Bu il Bakıda uduzan yeganə "Arsenal” deyilsiniz. Düzdür, London "Arsenal”ı? Uğurlu yol və rahat eniş, dostlar”.

Qeyd edək ki, "Neftçi” III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl-Əvivdə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA