Çempionlar Liqası: "Qarabağ" yenidən "Seltik" və "Kopenhagen"lə qarşılaşa bilər

img

01-08-2019 [10:43]


"Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report” xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada "Slaviya” (Çexiya), "Yanq Boyz” (İsveçrə) və "Maribor” (Sloveniya) – "Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.

"Qarabağ” Çempionlar yolunda səpələnmişlər səbətinə qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇFR (Kluj, Rumıniya) – "Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya), ”Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferensvaroş” (Macarstan) və "Srvena Zvezda” (Serbiya) – "Kopenhagen” (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. "Qarabağ” daha öncə ÇL-də "Seltik” və "Kopenhagen”lə qarşılaşıb. Ağdam təmsilçisi 2015/2016 mövsümdə Şotlandiya təmsilçisini keçə bilməyib (0:0, 0:1). Əvəzində 2017/2018 mövsümündə danimarkalıları mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) tarixində ilk dəfə ÇL-in qrupuna düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA