Bu ixtisasların keçid balları aşağı düşəcək, bəs hansı ixtisaslarda ballar yüksələcək? – SİYAHI

img

10-07-2019 [12:57]


Bu il ali məktəblərə qəbul müsabiqəsində bəzi ixtisasların dövlət sifarişi üzrə keçid balları aşağı düşəcək. 

Mia.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. 

Onun sözlərinə görə, I-IV qruplarda yer alan bəzi ixtisasların keçid ballarında azalma müşahidə olunacaq:

"I ixtisas qrupu üzrə:

İnformasiya təhlükəsizliyi;

Kompüter mühəndisliyi;

Kompüter elmləri;

Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

İnformasiya texnologiyaları;

Sistem mühəndisliyi;

Kimya mühəndisliyi;

Neft-qaz mühəndisliyi;

İnşaat mühəndisliyi;

Riyaziyyat;

Riyaziyyat müəllimliyi.

II ixtisas qrupu üzrə:

Maliyyə;

Mühasibat uçotu;

Dünya iqtisadiyyatı;

Beynəlxalq münasibətlər;

Menecment.

III ixtisas qrupu üzrə:

Hüquqşünaslıq;

Politologiya;

Tarix;

Sosial iş;

Dövlət və ictimai münasibətlər;

Xarici dil müəllimliyi;

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

Tərcümə.

IV ixtisas qrupu üzrə:

Müalicə işi;

Stomotologiya;

Əczaçılıq;

Tibbi profilaktika;

Biologiya müəllimliyi;

Kimya müəllimliyi”.

Elçin Əfəndi bildirib ki, V ixtisas qrupunda ümumi bal şkalası 300-ə qaldırıldığı üçün bütün ixtisaslar üzrə, xüsusilə də aşağıda qeyd olunanlar üzrə ballar qalxacaq:

"Dizayn;

Bədən tərbiyəsi və idman;

Məşqçi;

Fiziki tərbiyə müəllimliyi və gənclərin çağırışaqədər hazırlığı;

Təsviri incəsənət müəllimliyi.

I-IV ixtisas qrupları üzrə ballar bəzi ixtisaslarda, 20-25, bəzilərində isə 30 bala qədər düşə bilər.

V ixtisas qrupu üzrə ballar ötən illərlə müqayisədə ixtisaslara görə 25-40 bal qalxacaq” .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA