"Səbail" Avropa Liqası üçün 21 futbolçu sifariş edib - SİYAHI

img

06-07-2019 [14:42]


"Səbail” Peşəkar Futbol Klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Klubun mətbuat katibi Törə Əhmədovanın "Report”a verdiyi məlumata görə, siyahıda 21 futbolçu – 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: 50. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 12. Daniel Bojinovski

Müdafiəçilər: 4. Eltun Yaqublu, 34. Urfan Abbasov, 5. Vüqar Bəybalayev, 26, Kamal Qurbanov, 3. Turan Manafov, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 21. Eriko Da Silva.

Yarımmüdafiəçilər: 9. Mirsahib Abbasov, 14. Rahid Əmirquliyev, 8. Yevgeni Koçuk, 11. Diventru Dilan, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 7. Fəhmin Muradbəyli,

Hücümçular: 10. Ağabala Ramazanov, 22. Mirabdulla Abbasov, 91. Bilal Həmdi.

Qeyd edək ki, "Səbail” "Universitatya”ya qarşı ilk oyunu iyulun 11-də, "ASCO Arena”da, cavab qarşılaşmasını isə iyulun 18-də, Rumıniyada – İon Oblemenco-Craiova stadionunda keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA