28-06-2019 [17:56]
Azərbaycan təcrübəsində ilk dəfə olaraq Sabirabad və İmişli rayonlarında vətəndaşların özlərinin təşəbbüsü ilə yerli əhəmiyyətli məsələlərə həsr olunun ictimai dinləmələr təşkil olunub.
Mia.az xəbər verir ki, yerli sakinlərin, xüsusən gənclərin özləri tərəfindən formalaşdırılan Təşkilat komitələrinin təşəbbüsü ilə Sabirabad rayonunda "Gənclərin təhsil imkanlarının artırılması”, İmişli rayonunda isə "İmişli rayonunda nəqliyyat və kommunikasiya problemlərinin həlli” mövzusunda ictimai dinləmə təşkil olunub. İctimai dinləmələr "İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilib. İctimai dinləmələrdə Təşkilat Komitələri tərəfindən hazırlanan məruzələr təqdim olunub. Yerli dövlət qurumlarının təmsilçiləri sözügedən mövzularla bağlı öz mövqelərini ifadə ediblər, sualları cavablandırıblar. Tədbirlərdə rayon ictimaiyyəti nümayəndələri və müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər. İctimai dinləmələrdə müzakirə mövzuları ilə bağlı iştirakçıların fikirləri və təklifləri dövlət orqanlarının nümayəndələrinin diqqətinə çatdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki İctimai dinləmənin yekunları ilə əlaqədar təkliflər müvafiq dövlət orqanlarına təqdim edilib.
İctimai dinləmələrin təşkilinə ekspert dəstəyi Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində "Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü çərçivəsində verilib. Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.
Təşəbbüs çərçivəsində ictimai dinləmələrin təşkilatçılarına vətəndaşların özləri tərəfindən ictimai dinləmənin təşkili və keçirilməsi prosedurları, qanunvericiliyin tələbləri öyrədilib. Təşkilat Komitələri özləri iki dəfə ictimai dinləmə keçirilməsini məşq (simulyasiya) ediblər. İştirakçılara vətəndaşların özlərinin təşəbbüsü ilə həyata keçirilə biləcək ictimai iştirakçılıq formaları barədə materiallar da verilib. Müzakirə mövzuları da Təşkilat Komitələri tərəfindən seçilib. İctimai dinləmələrin təşkili zamanı yerli icra hakimiyyəti və dövlət orqanları ilə sıx əməkdaşlıq edilib.
Layihə çərçivəsində, həmçinin Hacıqabul və Saatlı rayonlarında vətəndaşların özləri tərəfindən ictimai dinləmələrin keçirilməsinə dəstək veriləcək.
Eyni zamanda vətəndaşların, özləri tərəfindən İctimai Müzkirə və İctimai dinləmə keçirilməsi üçün Vizual rəhbərlik hazırlanacaq. İki vizaul rəhbərlikdə çox qısa formada (5 dəqdən çox olmamaq şərti ilə) video-qrafika vasitəsilə ictimai müzakirə və ictimai dinləmə keçilrməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblər əks etdiriləcək.
Hər iki vizual bələdçinin populyarlaşması və daha geniş auditoriyanı əhatə etməsi üçün İnternet TV, sosial şəbəkələr, populyar elektron KİV-də yayılacaq.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi