‎Cəlilabadda Sabirin büstü bu günə düşüb - Etiraz + FOTO

img

17-06-2019 [13:10]


‎Cəlilabad rayonunun Şabanlı kəndində Mirzə Ələkbər Sabirin büstü baxımsız vəziyyətdə qalıb.

Mia.az xəbər verir ki, bu barədə ictimai fəal Ramil Sadıqlı məlumat verib.

Onun sözlərinə görə, ‎ ümumiyyətlə o yer böyük şair üçün deyil: "Ora həyətyanı sahədir. Bir zamanlar o postamentin üzərində proletariatın dahi rəhbəri, 37-ci il pepressiyasının özülünü qoymuş Leninin əli irəliyə uzanmış heykəli dayanmışdı. Azərbaycanın müstəqillik əldə etməsi ona düşdü. Canı qurtardı. Sonra Sabiri orada əyləşdirdilər, daha doğrusu cəzalandırdılar. Ona görə ki rəhmətlik o əsrdən bu əsrə xitabən yazmışdı: "Millət necə tarac olur olsun, nə işim var...".

Mən buradan üzümü Şabanlı kənd ərazi nümayəndəsinin sədri Rüstəm Rustəmova, kənd bələdiyyəsinin sədri Əliqismət Qarayeva, məktəb direktoru Sucaət müəllimə tuturam: əzizlərim, yəqin ki, Sizlərin hər biriniz bu baxımsız vəziyyətdə olan böyük Şairimiz Sabirin büstün hər gun görürsünüz. 

Sizdən xahiş edirəm, ya bu büstü ordan yığışdırın, ya da o büstün ətrafın səliqə-səhmana saldırın.

Boyuk şairimizə bu qədər hörmətsizlik olmaz axı. Bu heykəl lap orta məktəbin yaxınlığında yerləşir. O məktəbdə yüzlərcə məktəbli təhsil və təlim-tərbiyə alır.

Mən başa düşmürəm ki, o məktəbin müəllimləri uşaqlara Sabirin həyatı haqqında danışanda,onun satira yaradıcılığı haqqında ağızdolusu danışanda bayirdaki biabırçı vəziyyətdə olan büstundən xəbərləri yoxmuş kimi danışırlar, yoxsa necə?

Bəs Sabir təsirindən ayilmamış şagirdlərimiz necə o heykəli görəndə nə hisslər keçirirlər?".

Mia.az 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA