Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

img

07-06-2019 [11:24]


Polis əməkdaşları Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstünü açıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA