Bərdədə çətənə bitkisi əkib-becərən daha bir şəxs tutulub

img

30-05-2019 [10:33]


Çətənə bitkisi əkib-becərən daha bir şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Bərdə rayon Dəymədağlı kənd sakini Vaqif Məmmədovun işlədiyi kafenin yaxınlığındakı qamışlıq ərazidə çətənə bitkisi yetişdirdiyi barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman V. Məmmədovun aqrotexniki üsulla yetişdirdiyi 22 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA