Şəkidə yabanı halda bitmiş 1532 ədəd çətənə kolu məhv edildi

img

29-05-2019 [11:16]


"Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitmiş çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA