Yasamalda keçmiş məhkum saxlanıldı

img

27-05-2019 [12:12]


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılan Kürdəmir rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanovdan 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA