24-05-2019 [16:55]
"Moskva və Bakı arasındakı münasibətləri pozmaq, bununla da həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əsrin dörddə biri müddətində davam edən sistemli işi məhv etmək cəhdləri açıq-aydın görünür".
Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev teleaparıcı Vladimir Solovyovun fikirlərini şərh edərkən deyib.
Xatırladaq ki, dünən teleaparıcı V.Solovyev öz proqramının efirində Ermənistanın Dağlıq Qarabağı işğal etməsini erməni xalqının qəhrəmanlığı kimi qələmə verib.
D.Savelyev qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bütün bu illər ərzində beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib: "Ölkələrimiz arasında güclü və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurulub. Moskva Bakını Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı, bu regionun siyasi iqlimini müəyyənləşdirən subyekt hesab edir. Azərbaycan ildən-ilə qlobal siyasi arenada öz mövqeyini möhkəmləndirir: Prezidentİlham Əliyev tərəfindən həyata keçirilən güclü və çevik multivektorlu siyasət Azərbaycana Qərb və Şərqlə konstruktiv əlaqələri saxlayaraq beynəlxalq danışıqlarda öz maraqlarını müdafiə etməyə imkan verir. Multikulturalizm dəyərlərini seçməklə Azərbaycan öz ərazisində bütün etnik qruplara və dinlərə tam inkişaf etmək imkanı verir. Azərbaycanın Bakıda təşkil etdiyi qlobal idman, siyasi və mədəni tədbirlərə müxtəlif mədəniyyətlərin nümayəndələri gəlir və hər kəs burada ən səmimi qəbulla qarşılanır".
O eyni zamanda vurğulayıb ki, respublikanın inkişafının müsbət kursuna, eləcə də Rusiya və Azərbaycan arasında qarşılıqlı hörmətə söykənən mehriban qonşuluq əlaqələrinin olmasına baxmayaraq, ara-sıra KİV-də işğal olunmuş ərazilərdə yaradılan və heç kimin tanımadığı separatçı rejimə müsbət imic qazandırmaq cəhdləri ilə bağlı hücumlar olur.
"Lakin belə bəyanatların ölkələrimiz arasındakı münasibətləri pozmaq və Qarabağ məsələsinin həllini çətinləşdirmək cəhdindən başqa bir şey olmadığını bilmək lazımdır. Belə cəhdlər indi də uğursuzdur, gələcəkdə də uğursuz olacaq", - D.Savelyev qeyd edib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi