Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu: xəsarət alanlar var + VİDEO

img

21-05-2019 [19:25]


Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

Hadisə şahidlərinin "Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

Belə ki, 90 PD 038 dövlət qeydiyyat nişanlı "Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. Daha sonra "Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyat nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib.

Hadisə nəticəsində əzilən "Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA