20-05-2019 [20:35]
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, birinci istiqamət siyasi və təhlükəsizlik istiqamətidir: "İkinci istiqamət iqtisadi və ticari məsələləri əhatə edir.
Üçüncü istiqamət isə sektoral əməkdaşlıq adlanır, yəni müxtəlif sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edir.
Sazişin mətninin böyük hissəsi, demək olar ki, 90 faizindən çoxu razılaşdırılıb, yerdə qalan məsələlər üzərində danışıqlar davam etdirilir. Sazişin nə vaxt imzalanması böyük əhəmiyyət kəsb etmir.
Bizim üçün ən vacibi keyfiyyət məsələsidir və maraqlarımıza cavab verən bir sazişin əldə olunmasıdır. Azərbaycan tərəfi öz mövqeyini ifadə etdi ki, əgər bu geniş sənəd olacaqsa, "Şərq Tərəfdaşlığı” Proqramında iştirakçı ölkələrin marağında olan və prinsipal xarakter daşıyan məsələlər burada öz əksini tapmalıdır. Necə ki bundan əvvəl "Şərq Tərəfdaşlığı” sammitlərinin nəticəsində qəbul olunmuş yekun bəyanatlarda bu məsələlərə yer ayrılır. O cümlədən ən vacib məqam ərazi bütövlüyü ilə bağlıdır. Bu sənəddə "Şərq Tərəfdaşlığı”nın bundan öncə keçirilmiş zirvə toplantılarının yekununda qəbul edilmiş sənədlərə istinad edildi. Həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə olunub”.
L.Abdullayeva əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illər boyu aparılan danışıqlarda əsas məqamlar bəllidir: "Bu gün əsas problem işğalçı ölkənin, yəni Ermənistanın bu məsələdə konkret siyasi iradə göstərməməsidir. Siyasi iradə olarsa, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərində qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa və didərgin salınmış azərbaycanlılar bu ərazilərə geri qayıdarsa, bundan sonra konkret irəliləyiş əldə olunacaq və bölgədə sülh və təhlükəsizlik təmin olunacaq”.
Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi