Rusiyada olan həmkəndlisinin evindən oğurluq edən şəxs tutuldu

img

14-05-2019 [16:21]


Astarada Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Astara rayon sakini olan bir qadın DİN-in "102 xidməti-zəng mərkəzi”nə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında onun Rusiya Federasiyasında yaşayan oğlu C.Hüseynova məxsus Kakalos kəndində yerləşən evdən 1 ədəd 600 manat dəyərində "Samsung” markalı televizor, çamadanı ilə birlikdə 1 ədəd "Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb. Astara RPŞ-nin əməkdaşlarının keçirdiklləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. 

Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA