Gürcüstanda polislə insident zamanı saxlanılan 4 azərbaycanlı... - Sərbəst buraxıldılar

img

11-05-2019 [12:20]


Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində mayın 9-da axşam saatlarında patrul polisi ilə insident zamanı saxlanılan 4 azərbaycanlı ötən gün sərbəst buraxılıb.

"Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Qabal kəndinə gedib və məsələ ilə ətraflı tanış olub.

Səfirlikdən bildirilib ki, sözügedən məsələ artıq həll olunub və saxlanılan soydaşlarımız heç bir cərimə tətbiq olunmadan azadlığa buraxılıblar.

Diplomatik nümayəndəlikdən Gürcüstanda yaşayan azərbaycanlıları narahat edən məsələlərin daima diqqət mərkəzində saxlandığı qeyd olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA