Polisin "tabe ol" əmrinə atəşlə cavab verən şəxs saxlanıldı

img

06-05-2019 [12:30]


Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, "İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA