Tərtərdə piyadanı vurub qaçan sürücü tutuldu

img

02-05-2019 [12:18]


Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub. Nəticədə o, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən olunub.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini H.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Tərtər RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA