Bakıda orta məktəbdən oğurluq edən 2 yeniyetmə tutulub

img

02-05-2019 [11:23]


Bakıda orta məktəbdən oğurluq edən 2 yeniyetmə tutulub.

Mia.az DİN-ə istinadən xəbər verir ki, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA