Lənkəranda yol qəzası olub, 7 nəfər xəsarət alıb

img

01-05-2019 [20:35]


Lənkəran rayonunda yol qəzası baş verib.

"Report"un Cənub mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

"VAZ-2106"da olan Cəlilabad rayon sakinləri - 1988-ci il təvəllüdlü Rəşad İslam oğlu Abışov və 1994-cü il təvəllüdlü Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin, 1996-cı il təvəllüdlü Sahilə Müqəddəs qızı Rzayeva Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bundan əlavə, UAZ-n sürücüsü, 1957-ci il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 1989-cu il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 1992-ci il təvəllüdlü, Lerik rayonunun Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 1966-cı il təvəllüdlü, Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə Travmatologiya şöbəsində zəruri tibbi yardım göstərilib. Onların vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA