İranda avtomobil tunelində baş verən partlayış nəticəsində üç nəfər həlak olub

img

30-04-2019 [17:41]


Aprelin 30-da İranın şimal bölgəsində avtomobil tunelində baş verən partlayış nəticəsində üç nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, partlayış baş verən zaman tuneldə bir neçə avtomobil olub. İranın Təcili Tibbi Yardım Təşkilatının məlumatına əsasən, ağır xəsarət alan 5 nəfər yaxınlıqdakı Əlborz şəhər xəstəxanasına çatdırılıb.

Hadisə yerinə gələn mütəxəssislər təhqiqat aparırlar. İlkin ehtimala g,örə partlayış qaz sızması nəticəsində baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA