İnək və qoyun oğruları həbs edildi

img

29-04-2019 [16:52]


Saatlıda oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

DİN-dən Mia.az-a verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov və əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılıblar.

K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları da müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA