21-04-2019 [00:15]
Qoç - günün ilk yarısında enerji səviyyəniz yüksək olacaq. Situasiya sizə meydan oxusa da, maneələri dəf etməyə qüvvə və gücünüz var. Vaxt itirməyin, islahatlara və dəyişikliklərə başlayın. Prinsipial baxımdan mühüm anlaşma, müzakirə və ya sövdələşmələri təxirə salmayın.
Günün ikinci yarısında imici yeniləyin. Pəhriz saxlamağa başlayın. Səhhətinizin qeydinə qalın. Kredit götürmək və ya tam əksinə, borc vermək üçün əsla əlverişli zaman deyil.
Ehtiyatlı olun, sayıq davranın.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - günün ilk yarısından etibarən aktiv olun. Fiziki işləri qulaqardına vurmayın. İradəli, qətiyyətli olun. Seçdiyiniz kursa, istiqamətə sadiq qalın. Çalışdığınız insanı aldatmayın. Yeni birgə layihə hazırlayırsınızsa, təfərrüatları və şərtləri əvvəlcədən razılaşdırın.
Günün ikinci yarısında şəriklərlə dil tapmaq çətin deyil. İdeal aramayın. Risk və eksperimentlər yalnız maddi durumuzu əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək variantın reallaşdırılması ilə bağlı olarsa, faydalıdır.
Ümumi işlərdə süstlük etməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - mühüm işə başlamayın, ciddi layihələr barədə düşünməyin. Başladığınız işləri bitirin. Aldığınız təklifləri dəyərləndirin. Düşünülməmiş, tələsik addımlar atmayın. Sonradan yerinə yetirilməsi çətin öhdəliklər götürməyin, vədlər verməyin.
Alış-veriş üçün əlverişli gün deyil. Əyləncə və nəzərdə tutulmamış səfərlərə çox pul xərcləməyin. Yaxınlarınız üçün yaxşı hədiyyələr seçin.
Xərçəng - impulsiv olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Planların kəskin dəyişkənliyi yaxşı heç nə vəd etmir. Kiməsə və ya nəyəsə spontan aludəçilikdən qurtulun. Hisslərin əsirinə çevrilərək yanlış qərar verməyin. Atacağınız addımların fərqinə varın.
Günün ikinci yarısında əvvəlcə edib, sonra fikirləşməyin. Təlaşa düşməyin, əndişələnməyin. Dəyər verdiyiniz insanlarla səmimi davranın. Bununla belə, bədxahlar və rəqiblərin hazırladıqları məkrli planın qurbanına çevrilməyin.
Təşəbbüskar olun. İdeyalarınız pis qarşılanmayacaq.
İş yerində rəhbərliklə və həmkarlarla münasibətləri korlamayın.
Şir - günün ilk yarısında konkret və qətiyyətli addım atmaq niyyətiniz varsa, məramınızın gerçəkləşdirilməsini təxirə salmayın. Unikal, sərfəli məqamdır. Dəqiq fəaliyyət planınız yoxdursa, şərtləri dəyərləndirin, situasiyanı qiymətləndirin. Detallar sizə dürüst yolu seçməyə kömək edəcək.
İrəliləyişə nail olmaq, sıçrayış üçün baza hazırlamaq olar.
Günün ikinci yarısında təəssüratlara qapılaraq iradəsiz insan təsir bağışlamayın. Özünüzdən bədgümanlığınız kənardan çox gözəl görünür. Niyyətə çatmaq üçün ilk əvvəl gizli təlaşlara və qorxulara qalib gəlmək gərəkdir.
Qız - fəaliyyətinizin bəzi aspektlərini uğurla dəyişə bilərsiniz. Lokal islahatlardan çəkinməyin. Köklü, ciddi dəyişikliklər üçün yaxşı məcra formalaşır.
Nəzərdə tutduğunuz proqramı reallaşdırmaq üçün risk etmək, yeni maliyyə əməliyyatına başlamaq lazımdır.
Günün ikinci yarısında dəqiq və normal plan varsa, avantürizm özünü doğruldacaq. Birgə layihəyə başlamaq üçün pis zaman deyil. Fəqət yaxşı tanıdığınızı düşündüyünüz insan barədə xoşagəlməz gerçəkliklə tanışlığa hazır olun.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Tərəzi - dostlarla görüş, anlaşma, müqavilə və sazişlər üçün yaxşı zamandır. Yeni müqavilənin şərtləri ilə yanaşı, ən xırda detallarına bələd olmadan yekun qərarınızı açıqlamayın. Rəqabət güclənəcək.
Günün ikinci yarısı qarışıq, mürəkkəb zamandır. Birgə fəaliyyət göstərdiyiniz, əməkdaşlıq etdiyiniz insanın maraqlarını nəzərə alın. Ümumi maraqları şəxsi ambisiyalardan üstün tutun. Güzəştə meylli olsanız, bir sıra problemləri rüşeym halında olarkən çözə bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - passivlik yolverilməzdir. Daha ciddi uğurlara nail olmaq istəyirsinizsə, qarşınıza qoyduğunuz məqsədə doğru fasilələrə yol vermədən, qətiyyətlə irəliləyin. Çalışdığınız sahədə peşəkar olmalısınız. Problemləri həll etmək və tapşırılan işi vaxtında başa vurmaq üçün yeni metodlardan yararlanın.
Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlara yeniliklər edin. Sistem bazasını yeniləyin. Dəyər verdiyiniz insana konkret yardımlar edin. Axşam saatlarında normal istirahət edin. Əks təqdirdə yorğunluqdan qurtula bilməyəcəksiniz. Bu isə səhhətinizdə problemlər yarada bilər.
Axşam saatlarını evdən kənarda keçirin.
Oxatan - bilik və bacarıqlarınızı nümayiş etdirməyə çalışanda situasiyanı nəzərə alın. Yaşanacaq hadisələr əhvalınızı müəyyənləşdirəcək. Vaxt qıtlığı hiss olunsa da, peşəkar öhdəliklərinizi unutmayın.
Spontan addımlar effekt versə də, ağlınızda ümumi fəaliyyət planı olmalıdır.
Günün ikinci yarısında yaradıcı ideyaların sayı artacaq. Ailə üzvlərini sevindirin. Şəxsi münasibətlərdəki hadisələri kontrolda saxlayın. Virtual romanı real formata çevirməyə tələsməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - fəaliyyət göstərdiyiniz arealda köklü dəyişikliklər zamanıdır. Münasibətlərdə emosional aktivləşmə istisna deyil. Standart iş qrafikində yenilənmələrə zərurət duyulur. Kiçik, qısamüddətli, amma intensiv proses yaxın gələcəkdə maraqlarınızı təmin edəcək genişmiqyaslı planın ilk mərhələsi ola bilər.
Günün ikinci yarısında öz maraqlarınızla yanaşı, yaxınlarınızın mənafelərini də düşünün. Riskləri minimuma endirməyə çalışın. Texniki və psixoloji təhlükəsizliyin təminatına can atın.
Avantüralara qatılmayın.
Dolça - günün ilk yarısından etibarən fəal olun. Yaşamınızda yeni mərhələ başlanır. Yaranmış çətinliklərdən birinin çözümü ilə bağlı ekstraordinar variantın seçilməsinə ehtiyac var.
Tərəfdaş və ya dostlardan biri ilə görüş son vaxtlar sizi narahat edən problemin həllində irəliləyişə səbəb ola bilər.
Günün ikinci yarısında formalaşan spontan ideyanı həyata keçirməyə çalışın. Passiv olmayın. Eyni zamanda tanışların və ya yaxın ətrafınızdakı insanlardan birinin avantürasında iştirak etməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - hadisələrin inkişaf məcrası ilə barışın. Bununla yanaşı, özünüzü məhdudlaşdırmayın, qətiyyətli olun. Planlarınız və niyyətləriniz barədə danışmaqdan çəkinməyin. Əsla gözləmədiyiniz halda nə isə əldə edə bilərsiniz. Yeni tanışlıqlar faydalıdır.
Günün ikinci yarısında problemlərin həllində mütərəqqi variantlardan istifadə edin. Şəxsi münasibətlərdə səmimi olun, gerçəkləri pərdələməyin. Əks təqdirdə qarşı tərəfin xətrinə dəyə bilərsiniz. Durumu vidalaşma həddinə çatdırmayın.(Milli.az).
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat