16-04-2019 [23:59]
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Nəsimi ili” çərçivəsində böyük şairin irsi ilə bağlı tədqiqatlar davam etdirilir.
İnstitutdan Kult.az-a bildirilib ki, dissertant Nəzrin Atabəyli Türkiyədə İmadəddin Nəsiminin əlyazma nüsxələri ilə bağlı tədqiqat aparıb. Qardaş ölkənin kitabxana və əlyazma mərkəzlərində Nəsiminin əsərlərinin 170-dək əlyazması qorunub saxlanılır. Bununla yanaşı, şairə aid edilən bir çox nəsr əsərləri mövcuddur ki, onların xüsusi tədqiqata ehtiyacı var.
Araşdırma zamanı məlum olub ki, Türkiyənin müxtəlif əlyazma mərkəzlərində Nəsimi "Divan”ının 80-dən çox əlyazma nüsxəsi saxlanılır. Onların sırasında Manisa, Amasya, Ərzurum, İzmir, Diyarbəkir, Balıkesir, İstanbul, Ankara və s. yerlərdə saxlanılan nüsxələri qeyd etmək olar. Tədqiqat zamanı onlardan bir neçəsinin fotosurəti əldə edilib.
Türkiyədə Nəsimi əlyazmaları ən çox İstanbul və Ankarada şəhərində qorunur.
Xatırladaq ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov son bir ildə İmadəddin Nəsiminin anadilli "Divan”ının 6 əlyazma nüsxəsini əldə edərək ilkin tədqiqata cəlb edib. Əlyazmaşünas alim bu nüsxələrin surətlərinin 5-ni Ankara Milli Kitabxanasından əldə edib. Bunlardan birincisi 134 vərəqdən ibarət, müxtəlif janrlarda şeirlərin olduğu türkcə "Divan”ın əlyazma nüsxəsidir. Həmin əlyazmanın əvvəlində kitabın görkəmli mütəsəvvif Hacı Bəktaş Vəlinin ardıcılı, bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi, geniş oxucu kütləsinin istifadəsi üçün bağışlandığı barədə qeyd var. Bu qeyd Nəsiminin bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olduğunu göstərir. Əlyazma nüsxəsinin bir özəlliyi də onun əvvəlində "Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” qeydidir. Bu fakt onu göstərir ki, şairin "Hüseyni” təxəllüsü kifayət qədər geniş oxucu kütləsinə məlum olub.
Paşa Kərimovun Ankara Milli Kitabxanasından surətini əldə etdiyi digər 2 əlyazma nüsxəsində şairin "Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması diqqəti cəlb edir. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı "Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu "Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm Nəsimi, həm də "Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri var.
İnstitutun dissertantı Nəzrin Atabəyli qeyd edir ki, Nəsimi əsərlərinin Ankara nüsxələri şəhər Milli Kitabxanasının nadir kitablar və əlyazmalar şöbəsində qorunur. Burada müxtəlif kolleksiyalarda Nəsimi "Divan”ının 20-ə yaxın əlyazma nüsxəsi saxlanılır.
Ankara Milli Kitabxanasında qorunan Nəsimi "Divan”ının ən qədimi 1536-cı ildə köçürülən nüsxədir. Katibi məlum olmayan bu əlyazma 81 vərəqdən ibarətdir. Bu nüsxədə şairə aid Azərbaycan dilində 223 qəzəl, 54 rübai və tuyuq, 2 tərcibənd və 1 müstəzad yer alıb.
Burada qorunan digər nüsxə isə ən çox qəzəl və rübailərin yer alması ilə fərqlənir. Köçürülmə tarixi və katibi məlum olmayan bu nüsxə 137 vərəqdən ibarətdir. Həmin nüsxədə şairin 2 məsnəvisi, 528 qəzəli, 226 rübaisi və 1 müstəzadı yer alıb.
Ankara Milli Kitabxanasında qorunan digər bir "Divan” isə 256 vərəqdən ibarətdir. Bu nüsxə Adnan Ötüken Xalq Kitabxanası kolleksiyasına aiddir. 1603-cü ildə köçürülüb, katibi məlum deyil. Əlyazmada Nəsimiyə aid Azərbaycan dilində çox sayda qəzəl, minacat, nət, tərcibənd, qəsidə, tərkibbənd, məsnəvi, rübai və s. yer alıb. Bəzi vərəqləri itib.
İstanbul kitabxana və muzeylərində Nəsimiyə aid 35-dən çox əlyazma nüsxəsi saxlanılır. Bunlar əsasən Topqapı Sarayı Muzeyi, İstanbul Millət Kitabxanası, İstanbul Şəhər Bələdiyyəsi Atatürk Kitabxanası, İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası, İstanbul Universiteti Əlyazma Əsərlər Kitabxanası və digər zəngin əlyazma xəzinələridir.
İnstitutun dissertantı Nəzrin Atabəyli qeyd edib ki, İstanbul kitabxanasında türkcə divanlar kolleksiyasında qorunan və 1487-ci ildə köçürülmüş nüsxənin katibi məlum deyil. Əlyazma nüsxəsi 171 vərəqdən ibarətdir.
İstanbulda saxlanılan digər əlyazma isə vərəq sayına (223 vərəq) görə irihəcmli nüsxələrdən hesab edilir.
İmadəddin Nəsiminin əsərləri təkcə Türkiyədə deyil, dünyanın əksər əlyazma mərkəzləri, kitabxana və muzeylərində saxlanılır. Bu zəngin ədəbi irsin tədqiqi isə Nəsimi yaradıcılığının öyrənilməsində ədəbiyyatşünaslarımız üçün yeni üfüqlər açır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi